DataLife Engine / UNIDO Qlobal Cənub QHT Platforması ilə əməkdaşlıq etmək istəyir

UNIDO Qlobal Cənub QHT Platforması ilə əməkdaşlıq etmək istəyir

2025-ci il mayın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva BMT-nin Baş Qərargahında Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək Səviyyəli Komitənin 22-ci sessiyası çərçivəsində UNIDO-nun Baş direktorunun müavini, qurumun Strateji Planlaşdırma, Proqramlaşdırma və Siyasət Baş İdarəsinin rəhbəri Cecilia Ugaz Estrada  ilə görüşüb. 
Fakt.info xəbər verir ki, görüşdə Cecilia Ugaz Estrada  Azərbaycanı Qlobal Cənub QHT Platformasına görə təbrik edib, bu Platformanın fəaliyyətini yüksək qiymətləndirib, UNIDO-nun birgə fəaliyyətə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycan QHT-lərinin UNIDO ilə əməkdaşlıq istiqamətləri və imkanları müzakirə olunub. 



31-05-2025, 08:38
Вернуться назад