DataLife Engine / Deputat Məşhur Məmmədov Qurban bayramı münasibətilə seçicilərinə 3.3 ton ət paylayıb

Deputat Məşhur Məmmədov Qurban bayramı münasibətilə seçicilərinə 3.3 ton ət paylayıb

Qurban bayramı münasibətilə 74 saylı Masallı Seçki Dairəsinin deputatı Məşhur Məmmədov ənənəyə sadiq qalaraq bu il də seçicilərinə qurban payı göndərib. Bayram münasibətilə edilən bu xeyirxah addım şəhid ailələri, qazilər, döyüşçülər və aztəminatlı ailələri əhatə edib.

Deputatın təşəbbüsü ilə öncədən siyahıya alınmış 1600 nəfər üçün ümumilikdə 3,3 ton qurban əti kəsilərək paylanılıb. Şəhid ailələri, qazilər və döyüşçülərə 3 kiloqram, aztəminatlı ailələrə isə 2 kiloqram ət çatdırılıb.

Millət vəkili Məşhur Məmmədov paylaşımında bildirib ki, Qurban bayramı insanları mərhəmətə, paylaşmağa, birlik və bərabərliyə çağıran mübarək bir gündür:
“Bu gündə edilən hər bir xeyirxah əməl həm dini, həm də insani borcumuzdur. Bir daha hər kəsi Qurban bayramı münasibətilə təbrik edir, ailələrinə ruzi-bərəkət, evlərinə xoşbəxtlik arzu edirəm.”
6-06-2025, 17:42
Вернуться назад