DataLife Engine / “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, "Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:
•Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
•Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
•Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
13-06-2025, 08:35
Вернуться назад