DataLife Engine / Yaponiyanın XİN başçısı İran və İsraili təmkinli olmağa çağırdı

Yaponiyanın XİN başçısı İran və İsraili təmkinli olmağa çağırdı

Yaponiya Xarici İşlər Naziri İvaya Takeşi ilə İranın Xarici İşlər Naziri Abbas Erakçi arasında telefon danışığı baş tutub.
 
Fakt.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
 
Görüşdə İvaya bölgədə artan gərginliklə bağlı narahatlığını ifadə edib və həm İsraili, həm də İranı təmkin nümayiş etdirməyə çağırıb.

Görüş zamanı Erakçi İranın mövqeyi və atdığı addımlar barədə məlumat verib. Hər iki tərəf Yapon vətəndaşlarının təhlükəsizliyinin təmin olunması mövzusunda razılığa gəlib.

Qeyd edək ki, İvaya Takeşi iyunun 13-də verdiyi açıqlamada İsrailin İrana hücumunu Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirdiyi səbəbilə "şiddətlə qınadığını” bildirmişdi.
Bu gün, 11:59
Вернуться назад