DataLife Engine / Masallı sakini yüksək vəzifəyə təyinat aldı

Masallı sakini yüksək vəzifəyə təyinat aldı

Masallı şəhər sakini Mahmud Məmmədov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. 
Fakt.info xəbər verir ki, Mahmud Məmmədov bu vəzifəyə kimi həmin idarədə Aparıcı-məsləhətçi müfəttiş vəzifəsində çalışıb.

Qeyd edək ki, Mahmud Ağabəy oğlu Məmmədov 28 avqust 1984-cü ildə Masallı şəhərində anadan olub. 
2002-ci ildə Masallı şəhər 1 saylı tam orta məktəbin məzunu olub.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-Kredit” ixtisası üzrə məzunu olub. 
2009-cu ildə əmək fəaliyyətinə “Kredobank” ASC-də kredit mütəxəssisi kimi başlayıb. 2020-ci ilə kimi müxtəlif bank və digər özəl sektorlarda aparıcı mütəxəssis, maliyyə üzrə menecer, mühasib-xəzinədar vəzifələrində çalışıb.
2020-ci ildə Masallı Gənclər evi S.X.M-da Baş mühasib, 2022-ci ildən Viləşçay Su Anbarı İstismarı İdarəsində Baş mühasib vəzifələrində işləyib.
2025-ci ilin yanvar ayından Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 5 saylı Lənkəran-Astara regional bölməsində Aparıcı-məsləjətçi müfəttiş vəzifəsində işləyirdi.

24-06-2025, 23:02
Вернуться назад