Fakt.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib.
Onun sözlərinə görə, yay ayları insanların daha çox tətil və istirahətə üz tutduğu bir zamandır:
Mütəxəssis eyni zamanda gün ərzində yalnız bir dəfə qidalanmanın çox yanlış olduğunu diqqətə çatdırıb:
"Bəzi insanlar elə düşünür ki, gün ərzində bir dəfə qidalanmaqla arıqlayacaq, yaxud sağlam qalacaq. Bu, çox səhv yanaşmadır. Əgər insanın hər hansı xroniki xəstəliyi yoxdursa, oturaq həyat tərzi keçirmirsə və porsiyalar balanslıdırsa, gündə 3 əsas yeməklə də kifayətlənmək mümkündür. Qidalanma tezliyi ilə yanaşı, yeməklərin keyfiyyəti və tərkibi də olduqca önəmlidir".
Qastroenteroloq yayda daha çox tərəvəz, meyvə, süd məhsulları və bol su qəbulunu tövsiyə edib:
"Yay aylarında havanın temperaturu yüksək olduğu üçün iştah azalır, orqanizm daha çox maye və yüngül qidalar tələb edir. Belə günlərdə tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləmə və həzm pozğunluqları yarada bilər".