DataLife Engine / Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Yekaterinburq şəhərində öldürülən azərbaycanlılarla bağlı bəyanat yayıb

27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
 
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik.
28-06-2025, 11:04
Вернуться назад