DataLife Engine / Masallı sakini Beyləqan rayonuna prokuror təyin edildi

Masallı sakini Beyləqan rayonuna prokuror təyin edildi

Beyləqan rayonuna yeni prokuror təyin edilib.

Fakt.info-nun məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Elşad Əzimov əvvəllər İmişli Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru və böyük prokuror-metodisti və Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.

Qeyd edək ki, Elşad Əzimov Masallı rayonunun Bədəlan kəndindəndir. Onun mərhum atası Yaşar Əzimov müəllim, jurnalist fəaliyyəti ilə məşğul olub.
Elşad Əzimov Masallı Rayon Polis Şöbəsinin rəis müavini, hazırda Nərimanov RPİ 17-ci Polis Şöbəsinin rəis müavini işləyən Elvin Əzimovun əmisi oğludur. 


28-06-2025, 23:40
Вернуться назад