Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi bədii-qiraət müsabiqəsi keçirməyi planlaşdırır.
Müsabiqə xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə keçirilir və onun yaradıcılığına həsr edilmişdir.
Müsabiqədə 8 yaşdan 18 yaşa qədər olan yeniyetmə və gənclər iştirak edə bilərlər. Mədəniyyət Mərkəzində qeydiyyat 01 iyul 2025-ci il tarixindən 30 iyul 2025-ci il tarixinədək davam edəcək.
Qaliblərə müxtəlif hədiyyələr və Fəxri Fərmanlar təqdim ediləcək.
Seçim mərhələsi : - 02 avqust 2025-ci il.
Final mərhələsi : - 15 avqust 2025-ci il.
Qaliblər: I yer – 1 nəfər
II yer – 2 nəfər
III yer – 3 nəfər
Əlaqə: WhatsApp 051 865 35 42