DataLife Engine / Masazırda açıq ərazidə yanğın başlayıb

Masazırda açıq ərazidə yanğın başlayıb

Abşeron rayonu, Masazır qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Fakt.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
Dünən, 23:49
Вернуться назад