Rusiyanın Yekaterinburq şəhərində daha əvvəlki illərdə baş vermiş qətl hadisəsi ilə bağlı işi üzrə təqsirləndirilən Ayaz Səfərov və Şahin Lalayev barələrində həbs qətimkan tədbiri seçilməsi qərarından şikayət ediblər.
Bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl şəhərin Lenins Rayon Məhkəməsi Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da həmçinin həbs qərarından şikayət edib.
Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb. Azərbaycanda Rusiya ilə bağlı tədbirlər ləğv edilib, rusiyalı jurnalistlər İqor Kartavıx və Yevgeni Belousov, habelə daha səkkiz Rusiya vətəndaşı saxlanılaraq dörd ay müddətinə həbs edilib. Azərbaycan və Rusiya bir-birinə etiraz notaları veriblər, diplomatlar Xarici İşlər nazirliklərinə çağırılıblar.
//Oxu.az