Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyulun 1-də layihə çərçivəsində Bakıda konfrans keçirilib. Konfransda vətəndaş cəmiyyəti təmsilçiləri, Milli Məclisin deputatları və media nümayəndələri iştirak edib. Tədbirdə Qərbi Azərbaycana qayıdışla bağlı çıxışlar edilib, təkliflər səslənib. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış yüz minlərlə soydaşımızın legitim hüququdur, bu istiqamətdə bütün səylər birləşdirilməli, qayıdış ümummilli mənafe kimi qəbul edilməlidir. Qərbi Azərbaycanla bağlı tarixin hüquqi və əsaslı təhlili aparılmalı, detallı sənədlər hazırlanmalıdır.
Tədbir diskussiyalarla davam edib. İctimai Birliyin sədri İlqar Hüseynli bildirib ki, layihə çərçivəsində Qərbi Azərbaycanla bağlı sorğular aparılır və layihənin sonunda aparılan sorğular əsasında hesabat hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



