DataLife Engine / "Həsənəküçə" məscidində imam ehsanı verildi

"Həsənəküçə" məscidində imam ehsanı verildi

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Həsənəküçə" məscidində Məhərrəmlik ayı ilə əlaqədar imam ehsanı verilib. 

Fakt.info xəbər verir ki, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşayıb fəaliyyət göstərən xeyriyyəçi iş adamı Hacı Süleyman Həsənov tərəfindən təşkil olunan ehsan süfrəsində qəsəbə sakinləri, din xadimləri iştirak edib.

Məclisdə Qurani-Kərimdən ayələr tilavət edilib, Kərbəla şəhidləri və Azərbaycan şəhidlərinin ruhlarına dualar oxunduqdan sonra ehsan süfrəsi verilib.
Allah qəbul etsin. 








Dünən, 19:46
Вернуться назад