Şəhid mayorun şəhadətə yüksəlməyinin beşinci ildönümü mərasimi şəhidin məzarı önündə keçirilib.
Mərasimə qatılan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri şəhidin məzarı üzərinə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.
Anım tədbirində Anar Gülverdi oğlu Novruzovun keçdiyi döyüş yolundan, İyul döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən söz açılıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsl üçün örnək olduğu bildirilib.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Daha sonra ehsan süfrəsi açılıb, şəhidin ruhuna dualar oxunub.















