DataLife Engine / Araz çayında batan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Araz çayında batan şəxsin kimliyi bilindi - YENİLƏNİB

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin kimliyi bilinib.

Fakt.info "Unikal" istinadən xəbər verir ki, o, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
14-07-2025, 20:41
Вернуться назад