DataLife Engine / Masallıda Gənclər Festivalı keçiriləcək

Masallıda Gənclər Festivalı keçiriləcək

Masallı rayonunda Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş II Regional Gənclər Festivalı keçiriləcək.
Cenublu.az xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 24-də baş tutacaq.
Festival çərçivəsində panel müzakirələr, əyləncəli və maraqlı idman oyunları, intellektual yarışlar, təlim və seminarlar, həmçinin master-klasslar təşkil olunacaq.
Qeyd edək ki, I Regional Gənclər Festivalı 5 iyul tarixində Lənkəran şəhərində keçirilmişdi.
19-07-2025, 08:41
Вернуться назад