Bolqarıstan sərhədçiləri Türkiyəyə gedən Belçika nömrəli furqonda ən böyük kokain partiyalarından birini müsadirə ediblər.
Şəxsi əşyalar arasında olan 179 möhürlənmiş bağlamada 20 milyon avroluq 206 kq kokain gizlədilib.
Haskovo prokuroru İvan Stoyanov bildirib ki, üç nəfər - Konqodan olan 40 yaşlı diplomat, 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı Bolqarıstandan olan sürücü Türkiyə sərhədini keçməyə cəhd ediblər. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərsə, onları 20 ilə qədər həbs gözləyir.
/report