DataLife Engine / Tramp BƏƏ-dəki əfqan qaçqınlara kömək edəcəyinə söz verib

Tramp BƏƏ-dəki əfqan qaçqınlara kömək edəcəyinə söz verib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində olan əfqan qaçqınlara dəstək vermək niyyətində olduğunu bildirib.
Fakt.info APA-ya istinadən xəbər verir ki, Tramp bu haqda öz "Truth” hesabında məlumat verib.

"Mən indidən başlayaraq onları xilas etməyə çalışacağam”, - Tramp yazıb.

Qeyd edək ki, BƏƏ-də yaşayan əfqanların ölkə hakimiyyəti tərəfindən 2021-ci ildən Talibanın nəzarətində olan vətənlərinə deportasiya olunmaq ehtimalları var.

ABŞ-ın "Just the news” portalının məlumatına görə, ABŞ rəsmiləri baş verənləri anlamaq və deportasiyaları dayandırmağa çalışmaq üçün BƏƏ-dəki həmkarları ilə danışıqlar aparır.
Dünən, 21:52
Вернуться назад