ABŞ-nin Massaçusets ştatında yaşayan Pol Korkoran adlı şəxs elementar səhv nəticəsində bir gecədə iki dəfə milyonçu olub.
Fakt.info Qərb mətbuatına istinadən xəbər verir ki, Korkoran iyulun 9-da keçiriləcək lotoreya tirajında iştirak etmək üçün əvvəlcə yeddi oyunluq multipleks bilet alıb.
Lakin o, biletin bitmə tarixini səhv başa düşüb və tirajda iştirak edə bilməyəcəyini düşünüb.
Daha sonra o, birinci bileti aldığı yerdən cəmi 10 dəqiqəlik məsafədə başqa bir pərakəndə satıcıdan ikinci bileti alıb.
Hər iki bilet təsadüfən çəkilən tirajda qalib olub.
Qeyd edək ki, ABŞ-dəki həmin cekpotu qazanma ehtimalı 292,2 milyonda 1-dir.