Fakt.info xəbər verir ki, tədbirdə bir qrup media nümayəndələri iştirak edirdilər. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib hər birinə uğurlar arzuladı. Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, AzTV-nin əməkdaşı Sevda Hüseyn, "Təzadlar" qəzetinin əməkdaşı Yasəmən Məmmədova, XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, Xeberekspress.az saytının operatoru Xatirə Məmmədova, Yenicag.az saytının müxbiri Çebotaryova Cəmilə İspatovna , AsyaTV-nin rəhbəri Cəfər Cəfərov, Avropa.info saytının rəhbəri Rəsul Mirhəşimli, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov, Tibb polkovniki rəssam Nurəddin Məmmədov, Trend.az saytının əməkdaşı Çingiz Abdullayev, əməkdar artist Səlim Abbasov Beynəlxalq Qalereya ilə əməkdaşlığa görə diplomla təltif olundular.
Sonda xatirə fotoları çəkildi. Söhbət çay süfrəsi ətrafında davam etdi.


