DataLife Engine / Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram

Putin: Ukrayna ilə danışıqlara müsbət baxıram

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqları alqışladığını, lakin Rusiyanın məqsədlərinin dəyişmədiyini və ordunun cəbhə xəttində irəliləməyə davam etdiyini bildirib.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar, cəbhə xəttindəki vəziyyət, Rusiyanın hərbi imkanları ilə bağlı açıqlamalar verib.
İstanbul danışıqlarını ümumilikdə müsbət qiymətləndirdiyini bildirən Putin, hər iki tərəfin işçi qrupların yaradılması ideyasına müsbət baxdığını və bu danışıqların sakit şəraitdə davam etməsi ilə bağlı razılığa gəldiyini bildirib.
Danışıqlardan məyus olanların onları həddən artıq gözlədiklərini bildirən Putin, danışıqların davam edəcəyini güman etdiklərini bildirib. Bununla belə, o, Rusiyanın danışıqlarda hədəflərinin dəyişmədiyini vurğulayıb.

O, həmçinin bəyan edib ki, həm Rusiya, həm də Ukraynanın təhlükəsizliyinə ümumavropa təhlükəsizliyi kontekstində baxılması məntiqlidir.
 
Putin əlavə edib ki, iki ölkənin mümkün güzəştləri müzakirə etmək üçün işçi qrupları yaradacağına ümid edir. Cəbhə xəttindəki vəziyyətə toxunan Putin Rusiya qoşunlarının bütün cəbhə xətti boyunca irəlilədiyini bildirib.
 
Dünən, 17:19
Вернуться назад