DataLife Engine / Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Tərtərdə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fakt.info "Report”a istinadən xəbər verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.

Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib.

Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlunun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb
Dünən, 19:26
Вернуться назад