Balakəndə dağlarda narkoplantasiya aşkarlandı – silahlı şəxslər tutuldu
Fakt.info DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşları çətin relyefli dağlıq-meşəlik ərazidə xüsusi əməliyyat keçiriblər. Tədbirlərlə narkotik plantasiyası salan və qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıb.
Əvvəllər də məhkum edilmiş Seyfəddin Həmzətov (62 yaş) və Zumrat Saxrayev (47 yaş) narkotik kollarını qazanc məqsədilə əkib-becərdiklərini etiraf ediblər.
Ərazidən 179 ədəd çətənə kolları (72 kq), ov tüfəngi və soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb.
Məhkəmə qərarı ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.