DataLife Engine / Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub

Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub

Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
12-09-2025, 09:56
Вернуться назад