DataLife Engine / Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb

Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Atbulaq kənd sakini, 2006-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 08:49
Вернуться назад