Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hazırkı baş nazir Nikol Paşinyanı sərt tənqid edib.
Fakt.info Ermənistan mediasına istinadən xəbər verir ki, o, Paşinyanı ölkəni dağıtmaqda ittiham edərək tarixi paralellər aparıb.
Ter-Petrosyan qeyd edib ki, əgər qədimdə hökmdarlar təsadüfən dövlətlərini məhv edirdilərsə, Paşinyan bunu bilərəkdən edir. Onun sözlərinə görə, baş nazirin müxalifətə qarşı gündəlik təhqirləri və hədələri bunun sübutudur.
"Paşinyan ölkəyə o qədər ağır miras qoyub ki, gələcək hakimiyyətlərin bundan xilas olması demək olar ki, mümkünsüzdür”, – deyə sabiq prezident bildirib.