DataLife Engine / NATO Baltik dənizində müşahidəni gücləndirəcək

NATO Baltik dənizində müşahidəni gücləndirəcək

Şimali Atlantika Alyansı (NATO), pilotsuz təyyarələrin Danimarka üzərində səmada aşkarlanmasından sonra Baltik dənizi regionunda nəzarəti gücləndirəcək.
Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO müxtəlif vasitələrdən istifadə edərək regionda daha da gücləndirilmiş müşahidə aparacaq.
Alyans regiona bir neçə yeni sistem, o cümlədən kəşfiyyat, müşahidə və tanıma platformaları, həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı yerləşdirəcək.
28-09-2025, 07:05
Вернуться назад