DataLife Engine / İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı

İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Fakt.info xəbər verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.
Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri - 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
29-09-2025, 08:56
Вернуться назад