Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan təlim kursunda işçi heyətlə iştirakçılar arasında iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri sahəsində bir çox mövzuların – “İqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, Ətraf mühitin qorunması, meşə və su ehtiyatlarının mühafizəsi, Tullantılar və onların idarə olunması, Təbii sərvətlər, onların növləri, alternativ enerji mənbələri və Ekologiya hüququ: Ekoloji qanunvericilik – təbiətdən istifadə və təbiəti mühafizə” müzakirə olunmuş və aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir. Təlim zamanı müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunmuşdur.
Təlimin sonunda bütün iştirakçılara sertifikatlar və üstündə layihə adı yazılmış, QHT Agentliyinin və təşkilatın loqosu üzərində olan qısaqol köynəklər təqdim edilmişdir.
Qeyd edək ki, 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi yerli gənclərin ekoloji şüur, ekoloji tərbiyə və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq onların iqlim dəyişmələri və onun ətraf mühitə təsirləri barədə regional miqyasda maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Əlavə edək ki, 16-29 yaş arası 25 nəfər gənc üçün növbəti yarım günlük təlim kursu 11.10.2025-ci il tarixində Cəlilabad şəhərində təşkil olunacaqdır.











MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi (www.epsaya.az)