DataLife Engine / ABŞ İsraili "HƏMAS"a qarşı əməliyyatını dayandırmağa çağırıb

ABŞ İsraili "HƏMAS"a qarşı əməliyyatını dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Trampın girovları azad etmə planının işə düşməsi üçün İsrail Qəzza zolağına hücumu dayandırmalıdır.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "CBS News" telekanalına açıqlamasında deyib.

Rubio xatırladıb ki, Fələstinin "HƏMAS" hərəkatı Trampın təklif etdiyi düsturla razılaşıb, ona görə də girovların azad edilməsi üçün şərait yaradılmalıdır:

"Düşünürəm ki, israillilər və hamı anlayır ki, zərbələr davam edərkən girovları azad etmək olmaz, ona görə də zərbələr dayandırılmalı olacaq. Bu müddət ərzində müharibə ola bilməz".
 
/report
6-10-2025, 03:46
Вернуться назад