DataLife Engine / Şəmkirdə anası qətlə yetirilən yeniyetmə hadisə zamanı xəsarət alıb

Şəmkirdə anası qətlə yetirilən yeniyetmə hadisə zamanı xəsarət alıb

Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.
Fakt.info xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
 
\APA
7-10-2025, 11:51
Вернуться назад