DataLife Engine / Lənkəranda dayanıqlı su təhlükəsizliyi layihəsi uğurla davam edir

Lənkəranda dayanıqlı su təhlükəsizliyi layihəsi uğurla davam edir

 10 Oktyabr 2025-ci ildə "Dayanıqlı su təhlükəsizliyində gənclərin fəallığının artırılması" layihəsi çərçivəsində Lənkəran şəhərində növbəti seminarı baş tutmuşdur.Seminarın təşkilində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi dəstək göstərmişdir. 
Tədbirdə 16-35 yaş arası gənclər olmaqla, 14 nəfəri qadın , 10 nəfəri kişi ümumilikdə iyirmi dörd nəfər iştirak etmişdir.Seminarda iqlim dəyişmələri, onun ətraf mühitə və cəmiyyətə təsirləri, dayanıqlı su təhlükəsizliyi probleminin aktuallığı və gənclərin üzərinə düşən öhdəliklər mövzularında gənclər maarifləndirilmişdir.
İştirak edən gənclər dayanıqlı su təhlükəsizliyinin həllində inzibati cərimələrin artırlmasını, bu sahədə ictimai nəzarətin gücləndirliməsini təklif etdilər. Seminar, təlimçi qismində Azərbaycan Universitetinin Təlim-Tədris mərkəzinin müdiri, beynəlxalq sertifikatlı təlimçi, doktorant Samir Salayev tərəfindən idarə olunmuşdur. Tədbirin sonunda gənclərə sertifikat və hədiyyələr verilmişdir.
 










“Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi
11-10-2025, 10:30
Вернуться назад