DataLife Engine / Milli Konservatoriyadan Könül Xasıyeva ilə bağlı - AÇIQLAMA

Milli Konservatoriyadan Könül Xasıyeva ilə bağlı - AÇIQLAMA

"Xalq artisti Könül Xasıyeva Milli Konservatoriyada onlayn dərs demək istədiyi üçün onun müraciəti araşdırılıb və bunun mümkün olmadığı məlum olub".

Bu sözləri AZXEBER.COM -a Milli Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Aysel Fikrətqızı bildirib.

O təhsil ocağında bütün sənətkarlara xüsusi diqqətin olduğunu bildirib: 

"Biz hər zaman sənətkarlarımıza çox böyük dəyər və qayğı ilə yanaşırıq. Burada bir çox sənətkar dərs deyir və gözəl tələbə-ustad münasibətləri qurulur. Çox gözəl ab-hava var. Könül Xasıyevanın burada dərs demək istəyini də çox gözəl qarşıladıq. Sözügedən araşdırma ona görə aparılıb ki, xalq artistimiz bizə müraciətində tələbələrə onlayn dərs demək istədiyini bildiririb. Bildiyiniz kimi də Azərbaycan qanunvericiliyində hazırda onlayn təhsil almaq və təhsil vermək hüququ yoxdur. Bu səbəblə də Könül xanımın müraciəti müsbət nəticələnməyib".

Xatırladaq ki, Könül Xasıyeva açıqlamasında Milli Konservatoriyada dərs demək istəsədiyini, lakin müraciətinə cavab almadığını bildirmişdi.
30-10-2025, 21:42
Вернуться назад