DataLife Engine / "BRAVO"da satılan qırımızı ətlərlə bağlı - AÇIQLAMA

"BRAVO"da satılan qırımızı ətlərlə bağlı - AÇIQLAMA

Bakıda fəaliyyət gösətərən qəssabxanaların bir qisminin cərimələnməsi fonunda "Bravo” supermarketin "təhlükəsiz ət” başlığı ilə paylaşdığı video sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bildirilib ki, "Bravo” qəssabxanalarda kəsilən ətləri almaqdan insanları çəkindirmək üçün belə bir kampaniyaya başlayıb.

Fakt.info Pravda.az-a istinadən xəbər verir ki, şəbəkənin paylaşımda "Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil - sizin sağlamlığınız, bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!” yazması izləyicilərin narazılığına səbəb olub.
Paylaşıma yazılan şərhlərin bir qismini təqdim edirik:
""Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?”
"Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”
"Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?”
"Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur...”
"Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?”
"Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək”.
""Bravo”da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…”
"Çox baha verilir. Ət kəsilən yerlərlə "Bravo” market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma "Bravo”da neçə gün qalır, Allah bilir…”
"Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha”.
"Mən "Bravo”dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər "dana əti”, istər "quzu” adı ilə satılan ət olsun!”
"Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?
""Bravo”nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…”
"Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox”.
"Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu "0”dır”.
"Bir qadın "Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.
"Bravo”da ancaq qaralmış ət görürük...”
 AZXEBER.COM səsləndirilən fikirlərlə bağlı "Bravo Supermarket" ilə əlaqə saxlayıb. "Bravo” supermarketlər şəbəkəsinin Mətbuat xidmətindən mövzu ilə bağlı verilən açıqlamanı təqdim edirik:

"BRAVO marketlər şəbəkəsi fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir. Şəbəkəmizdə qida təhlükəsizliyi standartları və məhsulların saxlanma şəraiti ilə bağlı əməkdaşlarımıza mütəmadi olaraq təlimlər keçirilir. Hər gün mağazalarımızda bütün kateqoriyalar üzrə yoxlamalar aparılır və istehsal müddəti bitmiş və ya istifadəyə yararsız məhsullar dərhal rəflərdən yığışdırılır.
BRAVO-da satılan qırmızı ətlər Qarabağ bölgəsində xüsusi şəraitdə saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan əldə olunur. Bu ətlər tam İslami qaydalara uyğun şəkildə kəsilir və xüsusi soyuducu nəqliyyat vasitələri ilə mağazalarımıza çatdırılır. Ət məhsulları yüksək keyfiyyət standartlarına uyğun olaraq seçilir, müasir gigiyenik şəraitdə saxlanılır və onların təzəliyi, mənşəyi və təhlükəsizliyi daim nəzarətdə olur. Ət məhsulların yoxlanılması zamanı hər hansısa qüsurlar aşkar edildikdə, həmin məhsullar dərhal rəflərdən yığışdırırlır.
Qeyd etmək istərdik ki, BRAVO mağazalarında satılan ət və digər qida məhsulları üzrə aparılan baytarlıq və qida təhlükəsizliyi yoxlamalarının nəticələri müsbətdir. Rəsmi qurumlar tərəfindən verilən bu rəylər BRAVO-nun qida təhlükəsizliyi standartlarına tam uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
İnsanların sağlamlığı BRAVO üçün əsas prioritetdir. İstehlaka yararsız məhsulların satışına və ya istifadəsinə icazə verilməsi birbaşa qanun pozuntusu hesab olunur. BRAVO bu məsuliyyəti dərk edir və belə halların qarşısını almaq üçün bütün zəruri tədbirləri görür".
Bu gün, 00:18
Вернуться назад