DataLife Engine / Masallının 16 cüdoçusu region mükafatına sahiblənib

Masallının 16 cüdoçusu region mükafatına sahiblənib

8 qızıl, 4 gümüş, 4 bürünc
 
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-14 və U-17 yeniyetmələr arasında cənub bölgəsi üzrə region birinciliyi keçirilib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 9 çəki dərəcəsində Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Neftçala, Salyan və Şirvan cüdoçuları birincilik uğrunda mübarizə aparıblar. 
Üç gün (3-5 noyabr) davam edən yarışların yekun nəticəsinə əsasən Masallı cüdoçuları 16 (8 qızıl, 4 gümüş, 4 bürünc) medala sahihləniblər.
Belə ki, 2012-2013-cü il təvəllüdlü idmançılar arasında Sadiq Ağazadə (46 kq), Jasmin Qardaşova (52 kq), Lətif Xammədli (55 kq), Aqşin Cəbiyev (60 kq), Rəvan Xankişiyev (66 kq) birinci, Murad Baxşıyev (60 kq), Hüseyn Əsgərli (73 kq) ikinci, Miryusif Hüseynli (42 kq), Məhəmmədtağı Məmmədov (50 kq), Səbuhi Rəcəbov (55 kq) üçüncü yerə, 2009-2011-ci il təvəllüdlülər arasında isə Nəsir Dadaşlı (50 kq), Bağır Ağazadə (60 kq), Əli Əsədzadə (90 kq) birinci, Elməddin Mənsimov (60 kq), Kərim Kərimli (81 kq) ikinci, Rəsul Yunuslu (60 kq) üçüncü yerə layiq görülüb.
Qaliblər təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunublar. 
Komanda hesabında Masallı idmançıları U-14 üzrə birinci, U-17 üzrə isə ikinci yeri qazanıblar.    
Qeyd edək ki, idmançıları yarışa Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, Əməkdar məşqçi Xanağa Quliyev hazırlayıb.  
X.Quliyevin verdiyi məlumata görə 16 Masallı idmançısı bu ilin dekabr ayında keçiriləcək respublika birinciliyinə vəsiqə əldə edib, ACF-nin təşkil etdiyi regionların təlim-məşq toplanışına cəlb olunub. 
Əlavə edək ki, region birinciliyinin keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Akif AĞAYEV 
5-11-2025, 22:22
Вернуться назад