DataLife Engine / 14 nömrəli məktəbdə "Zəfər Günümüz Mübarək" adlı tədbir keçirildi

14 nömrəli məktəbdə "Zəfər Günümüz Mübarək" adlı tədbir keçirildi

5 noyabr 2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə böyük Zəfərimizə həsr olunmuş "Zəfər Günümüz Mübarək" adlı tədbir keçirilib.

Fakt.info xəbər biri verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Rəfael Hüseynov açaraq iştirakçıları salamlayıb, Zəfər Günü münasibətilə təbrik edib. 

Sonra məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səslənib.

İştirakçılara tədbirin fəxri qonağı olan tanınmış rejissor və aktyor Elçin Məmiyevin Qarabağ mövzusunda çəkdiyi "Susmuş Vicdan" və "Beşatılan" filmindən fragmentlər təqdim olunub.
Elçin Məmiyev məktəbin müəllim heyəti və şagirdlərin suallarını cavablandırıb.

Sonda elm və təhsil işçiləri həmkərlar ittifaqı Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.







7-11-2025, 12:26
Вернуться назад