DataLife Engine / Ərkivanda Zəfər Günü qeyd olundu - VİDEO/FOTOLAR

Ərkivanda Zəfər Günü qeyd olundu - VİDEO/FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində Ərazi Nümayəndəliyinin, Bələdiyyənin, Sənətkarlıq Evinin və Ərkivan Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, ziyalılar, qəsəbə ictimaiyyəti və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ərkivan Şəhidlər Parkında ucaldılmış abidə kompleksini ziyarət edib, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər.

Ərkivan Mədəniyyət Klubunda davam edən tədbir dövlət himninin sədaları altında şəhidlərin xatirəsinin anımı ilə başlayıb.

Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov tədbir iştirakçılarını Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyi münasibətilə təbrik edib.
O, qeyd edib ki, bu Zəfər Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsidir.
Cəfər Cəfərov çıxışında həmçinin Ərkivan Xeyriyyə Cəmiyyətinin şəhid ailələrinə və qazilərə göstərdiyi dəstək tədbirlərindən, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıb.

Çıxış edənlər – şəhid qardaşı Sail Səfərov, jurnalistlər Əyyar Tahirov Akif Ağayev də Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ərkivanlı igidlərin mərdlik və qəhrəmanlıq göstərdiyini vurğulayıblar.

Tədbir zamanı qəsəbə məktəbliləri şəhidlərə, vətənə və torpağa həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.










































7-11-2025, 22:17
Вернуться назад