Azərbaycan idmançıları aerobika gimnastikası üzrə Avropa çempionatında birinci yerə çıxıblar.
Fakt.info-nun məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatov aerobika gimnastikası üzrə Avropa çempionatında çütlükdə çıxış edərək, 19.600 xalla çempion olublar.
Qeyd edək ki, yarışda 18 ölkədən 151 idmançı iştirak edir.