Mügənni Mənzurənin Poluxov barədə paylaşımı gündəm oldu - FOTO
AzTimes.az xəbər verir ki, müğənni Mənzurə Musayeva şəxsi instaqram hesabında estetiki əməliyyatı ilə bağlı verdiyi müsahibəni təkzib edən paylaşım.edib. O, əməliyyatdan sonra ilkin dövrdə nəticələrin gözləntilərini tam qarşılamadığını, bunun həm şəxsi səbəblərdən, həm də ətrafdakı insanların təsiri ilə əlaqədar olduğunu açıqlayıb.Sənətçi bildirib ki, əməliyyatı tanınmış və peşəkar həkim Məhəmməd Poluxov edib.. Lakin o, nəticələrlə bağlı narahatlığını ifadə etdiyi dönəmdə emosional davrandığını etiraf edir:“Əməliyyatdan sonra ilk günlərdə nəticə məni tam qane etmirdi. Ətrafdakıların mənfi fikirləri də məni çaşdırmışdı. Həmin vaxt efirdə tələsik bəzi açıqlamalar verdim.”Mənzurə Musayeva qeyd edib ki, son görüşdən və həkimin izahlarından sonra vəziyyəti yenidən qiymətləndirib. Zaman keçdikcə əldə olunan nəticənin daha da yaxşılaşdığını vurğulayıb:“Artıq görürəm ki, nəticə gündən-günə daha yaxşı olur. Həkimim peşəkardır, onun əməliyyat etdiyi bir çox uğurlu nümunələr var. Mənim narazılığım səbirsizlikdən və yanlış yönləndirmələrdən doğmuşdu.”Müğənni hazırda heç bir narazılığının olmadığını, əməliyyatla bağlı paylaşdığı əvvəlki fikirlərin isə emosional anda söyləndiyini deyib.Qeyd edək ki, sənətçi bir müddət öncə əməliyyatdan narazı olması ilə bağlı video müsahibə ilə gündəmə gəlmişdi.