DataLife Engine / Laçında hərbçimiz minaya düşdü

Laçında hərbçimiz minaya düşdü

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

Fakt.info Gununsesi.info-ya istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.

Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.
28-11-2025, 08:53
Вернуться назад