Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir.
Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.