Fakt.info xəbər verir ki, yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Məktəbdə 14 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 2 laboratoriya və 2 əmək otağı yaradılıb. Şagirdlərin bilik və bacarıqlarının genişləndirməsi üçün informatika və çağırışaqədərki hazırlıq kabinetləri, eləcə də kitabxana və oxu zalı fəaliyyət göstərir.
Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə qurulub. Məktəbdə akt zalı, yeməkxana, müasir tələblərə cavab verən idman zalı istifadəyə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Qəzvinoba kəndində yeni məktəb binasının istifadəyə verilməsi şagirdlər üçün rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.










