Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun vəzifədən azad olunmasından sonra bir sıra iddialar yayılmaqdadır.
Br müddət əvvəl sabiq icra başçısı Elxan İbrahimovun "Ağçiçəyim" mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı. Lakin daha sonra bu fakt öz təsdiqini tapmadı.
Belə ki, "Ağçiçəyim" mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev sözügedən iddianı yalanladı. Ceyhun Əliyev sabiq icra başçısı Elxan İbrahimovu tanımadığını və heç bir rüşvət vermədiyini bildirdi.
Fakt.info xəbər verir ki, "Gununsesi.info" yeni bir iddia ilə çıxış edib. Məlumata görə, Elxan İbrahimov "Karat Holdinq" in sahibi, eks deputat Əsabil Qasımov tərəfindən şikayət olunub.
Belə ki, mənbənin məlumatına görə, Əsabil Qasımovun Nəsimi Rayonu ərazisində yüksək mərtəbəli yaşayış binaları tikdiyini və bunun üçün əvvəlcədən əldə olunan razılığın yeni icra başçısı tərəfindən yasaqlandığını deyib. Bildirilir ki, icra başçısı iş adamı qarşısında yeni tələblər qoyub.
"Yaranmış vəziyyəti görən Əsabil Qasımov durumu ölkə başçısına çatdıra bilib. Məhz bundan sonra Elxan İbrahimovun sərəncamı verilib” , – deyə mənbəmiz bildirib.
Məsələ ilə bağlı Əsabil Qasımovun mövqeyini öyrənmək istənilsə də, iş adamı bu haqda danışmaqdan imtina edib.