"Tarixin bir günü verilişində" qonaq olan Təranə Qumral və Musa Musayev açıqlamaları ilə gündəm olub.
Fakt.info xəbər verir ki, Musa Musayev xalq artisti Zeynəb Xanlarova haqda səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Musayev iddia edib ki, illər öncə qardaşı Cabbar Musayev Xalq artisti Zeynəb Xanlarovaya mahnı verməyib:
"Sənətə gələn hər kəs Zeynəb xanımın mahnılarını oxuyub. O heç vaxt buna mane olmayıb. Bir gün Zeynəb Xanlarova bizi evinə qonaq çağırmışdı. O qədər sadə xanım idi ki, evdə 6-7 qulluqçu olmasına baxmayaraq özü bizə qulluq edirdi. Mənə dedi ki, mahnılarımdan ifa etmək istəyir. Bildirdm ki, mahnılarımın hamısı sizə qurbandır. Oxudu da, mahnının altına müəllif kimi adımı da qeyd etdi. O mənə dedi ki, qardaşından (Cabbar Musayev.red) mahnı istədim, mənə mahnı vermədi.
Məni bilərək pis danışmağa vadar etməyin. Elə bir şey açıqlayaram ki, Azərbaycanı tərk edərsiniz. Çölə çıxmağa üzünüz olmaz. Oturun yerinizdə. Nə qədər ki, mənimlə ədavət aparacaqsınız, mən də susmaram".
Aysel