DataLife Engine / Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə Fakt.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
27-01-2026, 19:42
Вернуться назад