DataLife Engine / “Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın rəqibi bəlli oldu

"Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Ağdam təmsilçisi "Nyukasl" ilə qarşılaşacaq.
İlk oyunlar 17-18 fevral, cavab görüşləri 24-25 fevral tarixlərində baş tutacaq.

Qeyd edək ki, turnir cədvəlində daha aşağı pillə tutan "Qarabağ” ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcəklər.
30-01-2026, 16:39
Вернуться назад