"2030-cu ilədək 14 regional DOST mərkəzi açılacaq”
Fakt.info xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov "2025-ci ilin yekunları” ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, 2030-cu ilədək ölkə üzrə 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi planlaşdırılır. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda yeni mərkəzlərin yaradılması üzrə işlər gedir.