DataLife Engine / Dəhşətli qəza: Masallıdan olan bacı və qardaş faciəli şəkildə həlak oldular

Dəhşətli qəza: Masallıdan olan bacı və qardaş faciəli şəkildə həlak oldular

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fakt.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb.
Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Fakt.info-nun əldə etdiyi məlumata görə, qəza nəticəsində həyatlarını itirən bacı və qardaş Masallı rayonunun Güllütəpə kəndindəndir. Onlar toydan qayıdarkən qəzaya düşüblər. Bildirilir ki, mərhumlar subay olub və ailənin yeganə övladları imiş.
Mərhumların atası Cəmaləddin Mirzəyev Masallı rayonunda mühasib kimi fəaliyyət göstərir.
Allah rəhmət etsin.
2-02-2026, 09:49
Вернуться назад