Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən ayrılması haqda xəbərə münasibət bildirib.
O şəxsi feyzbuk hesabında öz ərizəsi ilə işdən ayrıldığını bildirib: "Səhəri "Günel Gözəlova işdən çıxarıldı" başlıqlı xəbərlərlə açdım. Bu çox ayıb və jurnalistikaya zidd addımdır. Mən öz xahişimlə işdən ayrılmışam".
O qeyd edib ki, AHİK-də çalışdığı 6 ay ərzində 2 dəfə təşəkkkürnamə ilə təltif edilib:
"6 ayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi tərəfindən 2 dəfə təşəkkürnaməyə layiq görülmüşəm. Və mənim özümdən soruşmadan, elə sizlərdən olan biri ilə bağlı bu tərzdə gündəm yaratmaq jurnalistika deyil".
Qeyd edək ki, G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.