DataLife Engine / Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü

Cəlilabadda qardaşı uşaqlarını baltalayan rayon sakini Əli Nağıyev həbsdə ölüb.

O, saxlanıldığı təcridxanada vəfat edib. Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə fevralın 1-də Cəlilabad rayonunda baş verib. Rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
\apa
Bu gün, 14:45
Вернуться назад